Alimlər kainatın sonunun gələcəyi tarixi açıqladı
Hollandiyalı alimlər kainatın əvvəl düşündüklərindən daha sürətlə yox olduğunu kəşf ediblər və onun tam olaraq nə vaxt sona çatacağını təyin ediblər.
Patrulaz.az “Milliyet”ə istinadən xəbər verir ki, alimlərin fikrincə, kainatın “ölümünü” başladan proses, qara dəliklərin zamanla “buxarlanaraq” yox olmasına səbəb olan “Hawking” şüalanması ilə əlaqəlidir.
Tədqiqatçılar belə nəticəyə gəlib ki, neytron ulduzları və ağ cırtdanlar, bir ulduzun həyat dövrünün son mərhələsini təşkil edir. Böyük ulduzlar supernovaya çevrildikdən sonra neytron ulduzlarına çökür, bizim Günəşimiz kimi daha kiçik ulduzlar isə ağ cırtdanlara çevrilir. Bu “ölü” ulduzlar çox uzun müddət mövcudluqlarını qoruya bilirlər. Lakin alimlərə görə, bu ulduzlar zamanla tədricən dağılır və kifayət qədər qeyri-sabit olduqda partlayırlar.
Başqa sözlə desək, neytron ulduzunun və ya ağ cırtdanın nə qədər müddətdə yox olduğunu bilmək alimlərə kainatın maksimum ömrünü anlamağa kömək edir. Çünki bunlar kainatda öləcək son ulduzlar olacaq. Kainatın sonu ilə bağlı təxmin edilən vaxt isə belədir…
“Radboud” Universitetindən bir tədqiqat qrupu kainatdakı bütün ulduzların 1 kvinqviqintilyon il ərzində sönəcəyini ortaya çıxarıb. Bu, sonunda 78 sıfır olan bir 1 deməkdir.
Lakin bu müddət, əvvəlki təxminlərdə göstərilən 10 üstü 1100 il (yəni sonunda 1100 sıfır olan bir 1) qədər uzun deyil və əvvəlki proqnozlara nisbətən çox daha qısadır.
Ləman Sərraf






