media-1f185d07-2f42-4dd5-82d7-41d33f6955ad

Kanadanın Vaterloo Universitetinin alimləri apardıqları araşdırma nəticəsində kişilərin və qadınların səhər yeməyində fərqli qidalar qəbul etməli olduqlarını müəyyən ediblər. Səbəb isə onların metabolik proseslərindəki əsas fərqlərdir.

Patrulaz.az “Cursorinfo”ya istinadən xəbər verir ki, aparılan araşdırmada, səhər yeməyinin hər iki cinsin metabolik xüsusiyyətlərinə uyğun şəkildə tənzimlənməli olduğu vurğulanıb.

Tədqiqat zamanı alimlər kompyuter modelləşdirilməsi vasitəsilə kişi və qadın bədənlərinin yüksək karbohidratlı və ya yüksək yağlı səhər yeməklərinə verdikləri reaksiyanı analiz ediblər.

Nəticələr göstərib ki, kişilər yüksək karbohidratlı yeməkləri daha effektiv şəkildə həzm edirlər. Bu səbəbdən, kişilər üçün sıyıq (məsələn, yulaf sıyığı) səhər yeməyi kimi ideal seçim hesab olunur. Qadınlara isə daha çox yağ tərkibli – məsələn, omlet və ya avokadolu tost kimi – qidalarla günə başlamaq tövsiyə edilir.

Tədqiqat qrupunun rəhbəri Stefani Abo qeyd edib ki, “Səhər yeməyi seçimi kimi kiçik görünən qərarlar belə sağlamlığımıza və enerji səviyyəmizə əhəmiyyətli təsir göstərə bilər”.

Ləman Sərraf


Bənzər xəbərlər