Alimlərin yeni kəşfi kor insanlara görmə qabiliyyətini qaytaracaq
Alimlər görmə əngəlli insanlar üçün yeni göz implantı hazırlayıb.
Patrulaz.az xarici KİV-ə istinadla xəbər verir ki, kor insanlara görmə qabiliyyətini bərpa etməyə imkan verən yeni göz implantını icad edilib.
Məlumata görə, sınaqlarda iştirak edən mütərəqqi yaşa bağlı makulyar degenerasiyadan əziyyət çəkən xəstələrin 81%-ində cihazın təsiri müşahidə olunub.
Pittsburq Universitetinin Tibb Fakültəsinin oftalmologiya şöbəsinin müdiri qeyd edib:
“İlk dəfədir ki, görmə qabiliyyətini bərpa etmək cəhdi bu qədər çox xəstədə uğurla nəticələnir”.
Yeni texnologiya belə işləyir:
Xəstə xüsusi eynək taxır, eynək vasitəsilə ətraf mühit miniatür kamera ilə lentə alınır və görüntü gözün içində yerləşdirilən 2 millimetr ölçüsündə implanta ötürülür. İmplant işığı elektrik impulslarına çevirərək bu məlumatları beyinə ötürür və görmə qabiliyyətinin bərpasına imkan yaradır.






