media-inshot_20251014_232315988

Almaniya kəşfiyyat orqanlarının rəhbərləri Rusiyadan NATO-ya gələn təhlükənin artdığını bildiriblər.

Patrulaz.az xəbər verir ki, ölkənin Xarici Kəşfiyyat Xidməti (BND) bəyanat yayıb.

Qurumun məlumatına görə, Moskvanın hərbi ambisiyaları böyüyür və NATO mümkün hücuma qarşı hazır vəziyyətdə olmalıdır.

Bundestaqda keçirilən kəşfiyyata nəzarət komitəsinin ictimai dinləmələrində çıxış edən BND prezidenti Martin Yaqer qeyd edib ki, Rusiyanın potensial hücumu 2029-cu ildə başlaya bilər.

“Biz təhlükəsiz olduğumuzu güman edə bilmərik”, deyən Almaniya Kəşfiyyat Xidməti (BND) prezidenti Martin Jäger Avropanın hazırda qəfil münaqişələrə çevrilə biləcək sülh mühitində olduğunu bildirib.

O, Rusiyanın məqsədinin yalnız fiziki münaqişə olmadığını, həm də Avropa cəmiyyətlərinin parçalanması, demokratik strukturların zəiflədilməsi və NATO-nun daxildən sarsıdılması istiqamətində fəaliyyətini artırdığını diqqətə çatdırıb.


Bənzər xəbərlər