media-inshot_20260127_110416183

İndoneziyanın Bali adasında siçan tifusuna yoluxan rusiyalı turisti ChatGPT sağaldıb.

Patrul.az xəbər verir ki, İndoneziyada istirahət edən qadının evinə siçan daxil olub. Siçanın dişləməsi nəticəsində qadının vəziyyəti pisləşib, onda şiddətli baş ağrıları və nəfəs darlığı müşahidə olunub.

Vəziyyətin ağırlaşması səbəbilə tibb işçiləri qadını xəstəxanaya yerləşdirməyin vacibliyini bildiriblər. Lakin qadın, ayaqlarında uyuşma və ağciyərlərində və bağırsaqlarında ağrı hiss etməyə başladıqda, xəstəxanaya getməkdən imtina edərək, özünü ChatGPT vasitəsilə müalicə etməyə qərar verib.

Nəticədə, həkimlərin müəyyən edə bilmədiyi diaqnozu ChatGPT tapıb. Belə ki, ChatGPT qadına siçovul tifi diaqnozu qoyub və etdiyi dərman tövsiyyəsi ilə o, sağalmağa başlayıb.

Qeyd edək ki, altı ay idi ki, həkimlər qadına qəti diaqnoz qoya bilmirdilər.


Bənzər xəbərlər