media-124659a8-63f8-4653-abbf-69a3ec3b7ee7

Malayziyada baş vermiş faciəli hadisə bir daha göstərdi ki, heyvanlar da insanlar qədər dərin sevgi və yas hissləri keçirə bilirlər.

Patrulaz.az xarici mətbuata istinadən xəbər verir ki, yolun qarşı tərəfinə keçməyə çalışan fil balası, ehtiyatsız yük maşını sürücüsünün ona çırpılması nəticəsində həlak olub.

Hadisədən sonra əraziyə gələn ana fil, ölmüş balasının başından beş saat boyunca ayrılmayıb. Bu anların görüntüləri sosial şəbəkələrdə qısa zamanda yayılaraq minlərlə insanın qəlbinə toxunub. Sosial media istifadəçiləri “Ana sevgisi hər canlıda eynidir”, “Təbiətin yasına hörmət edin” kimi şərhlərlə duyğularını ifadə ediblər.

Ləman Sərraf


Bənzər xəbərlər