Ancelina Coli İrandakı etirazlara REAKSİYA VERDİ
Məşhur amerikalı Hollivud ulduzu, aktrisa Ancelina Coli İranda xalqın etiraz etmək hüququnu dəstəkləyib.
Patrul.az xəbər verir ki, aktrisa bu barədə “instagram” hesabında paylaşım edib.
Sənətçi İranın Nurabad əyalətində baş verən etirazlar zamanı həyatını itirən 30 yaşlı etirazçı Parisa Laşkarinin məzarı üzəridə ağlayan qızının fotosunu paylaşaraq bunları qeyd edib:
“Heç bir uşaq belə bir ağrı çəkməməlidir. Ümid edirəm ki, anasının xatirəsi ehtiramla yad ediləcək və həqiqət – mülki şəxslərin qorunması, məsuliyyət və onu axtaran hər kəs üçün daha böyük azadlıq yolu ilə üzə çıxacaq”.
Qeyd edək ki, İranda etirazlar 2025-ci il dekabrın 28-də yerli valyutanın xarici valyutalara qarşı kəskin devalvasiyası və ölkədəki iqtisadi problemlər səbəbilə başlayıb. Aksiyalar zamanı təxminən 5 minə yaxın insanın həlak olduğu bildirilir. Ölənlər arasında azyaşlılar da var.

Gülbəniz Səfərova






