media-inshot_20260213_234940857

Türkiyənin Antalya şəhərindən havaya qalxmağa hazırlaşan sərnişin təyyarəsi uçuşunu dayandırıb.

Patrul.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, buna səbəb təyyarənin qalxarkən qanadının deşilməsi və sola əyilən reaktiv mühərrikin uçuş-enmə zolağına dəyməsi olub.

Antaliyadan Qaziantep istiqamətlənən təyyarə reaktiv mühərriki uçuş-enmə zolağına dəydikdən sonra dayanıb.

Hadisə zamanı göyərtədə 175 sərnişin və 6 heyət üzvü təhlükəsiz şəkildə təxliyə edilib. Ölən və xəsarət alan olmayıb. Lakin sərnişinlər hadisə zamanı xeyli panikaya düşüblər.


Bənzər xəbərlər