Antalyada İlham Əliyev və Ərdoğan arasında görüş baş tutub - FOTOLAR
Türkiyənin Antalya şəhərində Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Antalya Diplomatiya Forumu çərçivəsində görüş başlayıb.
Patrul.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
Liderlərin ikitərəfli münasibətlər, regional təhlükəsizlik və ortaq strateji layihələri müzakirə edəcəyi gözlənilir.
Qeyd edək ki, Azərbaycan dövlət başçısı Türkiyə tərəfinin dəvəti ilə bu ölkədə işgüzar səfərdədir.







