Aramızdakı narsistlər: Onları necə tanıyaq? - ARAŞDIRMA
Bəzən elə insanlarla qarşılaşırıq ki, ilk baxışda özünə inamlı, cazibədar və təsirli görünürlər. Amma zaman keçdikcə anlayırıq ki, bu inam, əslində, özünəmərkəzli və eqoist davranışların pərdəsidir. Belə insanlara narsist deyilir.
Bəs narsist insanları necə tanıya bilərik?
Patrul.az mövzu ilə bağlı araşdırma edib.
Narsist insanlar daim mərkəzdə olmağı, tərif və diqqət görməyi istəyirlər. Tənqidə dözə bilmirlər və hər vəziyyəti öz xeyirlərinə yozurlar. Başqalarının hisslərini anlamır, empati göstərməkdə çətinlik çəkirlər. Çünki onların dünyasında “mən” hər şeydən önəmlidir.
Ən xarakterik əlamətlərdən biri də manipulyasiyadır. Onlar qarşısındakı insanı özünü günahkar hiss etdirməklə və ya emosional təsir göstərməklə idarə etməyə çalışırlar. Əvvəlcə mehriban və anlayışlı görünürlər, amma bu, çox vaxt öz maraqlarına xidmət edən bir maskadır.
Psixoloqlar bildirirlər ki, narsist insanlarla münasibətdə sərhədləri qorumaq vacibdir. Onların təsiri altına düşməmək üçün, nə qədər cazibədar və inandırıcı olsalar da, emosional məsafəni saxlamaq lazımdır.
Narsistlər özlərini sevirlər, amma başqalarının sevgisinə dəyər verməyi bacarmırlar.
Ləman Əlizadə






