ARDNF ötən il büdcə öhdəliyini tam icra edib
2024-cü ildə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) dövlət büdcəsinə nəzərdə tutulan qədər – 12 milyard 781 milyon manat vəsait transfert edib.
Patrulaz.az-a Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 8,9 % çoxdur.
Hesabat dövründə ARDNF-dən transfertlər büdcə gəlirlərinin 34,4 %-ni təşkil edib.