Azərbaycana buxar siqaret mayeləri ən çox hansı ölkələrdən idxal olunur?
2025-ci ilin yanvar-mart ayları ərzində Azərbaycana 81 minədək elektron siqaret mayesi gətirilib.
Patrulaz.az xəbər verir ki, bu dövrdə ölkəyə ümumilikdə 81.244 ədəd elektron siqaret mayesi idxal olunub. İdxal olunan məhsulların ümumi dəyəri 337,21 min ABŞ dolları təşkil edib.
Məhsullar əsasən iki ölkədən – Çin və Birləşmiş Ərəb Əmirliklərindən idxal olunub. Belə ki, Çindən 337,12 min dollar dəyərində 81.228 ədəd, BƏƏ-dən isə 0,09 min dollar dəyərində cəmi 16 ədəd elektron siqaret mayesi gətirilib.
Maliyyə təhlilinə əsasən, Çindən idxal olunan hər bir maye orta hesabla 4,15 ABŞ dolları (təxminən 7,07 manat), BƏƏ-dən gətirilən mayelər isə təxminən 5,63 ABŞ dolları (9,59 manat) dəyərində olub.
Qeyd edək ki, Azərbaycanda son illərdə elektron siqaretlərə marağın artması bu sahədə idxal rəqəmlərinin də yüksəlməsinə səbəb olub.