media-sosyal-medya-111

Sosial şəbəkələrdə uğurun əsas meyarı artıq yalnız izləyici sayı ilə ölçülmür. Rəqəmsal platformalarda real təsir gücünü müəyyən edən daha vacib göstəricilər ön plana çıxır. Mütəxəssislərin fikrincə, əsas diqqət auditoriyanın aktivliyi, paylaşım və şərh səviyyəsi, eləcə də məzmunla qarşılıqlı əlaqə dərəcəsinə yönəlir. Eyni zamanda, izləyicilərin real və hədəf auditoriyaya uyğun olması, və məzmunun yayılma sürəti də vacib faktorlar kimi qiymətləndirilir.

Bəs sosial şəbəkələrdə uğuru müəyyən edən əsas göstəricilər izləyici sayından daha çox hansılardır?

Bu barədə SMM və süni intellekt üzrə mütəxəssis Abdulla Abdullayev Patrul.az-a açıqlamasında bildirib ki, sosial şəbəkələrdə uğurun əsas göstəricisi artıq izləyici sayı deyil, auditoriyanın aktivliyi, etibarı və paylaşımlara real reaksiyalarıdır:

“Sosial şəbəkələrdə artıq təkcə izləyici sayı əsas göstərici hesab olunmur. Ən vacib faktor auditoriyanın aktivliyi və etibarıdır.

Bura əsasən göstəricilər:

1) paylaşımlara gələn real şərhlər ( bir neçə sözdən ibarət)

2) bəyənmə və başqaları ilə paylaşım nisbəti

3) saxlanılma və ortalama izlənmə müddəti

4) hekayələrə və mesajlara reaksiyalar”.

media-img-20260515-wa0054

Mütəxəssis qeyd edir ki, sosial şəbəkələrdə əsas dəyər izləyici sayında deyil, aktiv və etibarlı auditoriyanın məzmunla qurduğu qarşılıqlı əlaqədədir:

“Çünki 100 min passiv izləyicidən daha dəyərli olan, 10 min aktiv və güvənən auditoriyadır. Alqoritmlər də artıq sadəcə izləyici sayına yox, insanların məzmunla necə qarşılıqlı əlaqə qurduğuna daha çox önəm verir”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər