media-vsexxrxo2_m7xwkrroqqmcsxtr7ps9kilafivpi66ig-8h84zzviskaur0miy0xhgfkzetdvdi73aqy8uh_xpas7zupwlespwwnyk9-gmfteygfe3s0b3snyez-34qjeocquroshzaqiyidf2k2o02husa7sdtxelirvyrsvfhohjkuabj5zz7oq9_oiax07

Yay aylarında havanın temperaturunun yüksəlməsi qidaların daha tez xarab olmasına səbəb olur. Yanlış saxlanılan və ya açıq şəraitdə uzun müddət qalan bəzi məhsullar isə qida zəhərlənməsi riskini əhəmiyyətli dərəcədə artırır. Bəs isti havalarda hansı qidaları istehlak edərkən daha ehtiyatlı olmaq lazımdır?

Patrul.az-ın araşdırmasına görə, isti havalarda xüsusilə tez xarab olan qidalar bunlardır:

Mayonezli salatlar:  İsti mühitdə qısa müddətdə bakteriyalar çoxala bilər. Soyuducudan kənarda uzun müddət saxlanılması təhlükəlidir.

Süd və süd məhsulları: Süd, qatıq, qaymaq və pendir düzgün temperaturda saxlanılmadıqda tez xarab olur.

Toyuq, ət və balıq məhsulları:  Bişmiş və ya çiy halda isti şəraitdə qalması bakteriyaların sürətlə artmasına səbəb ola bilər.

Kremli tort və şirniyyatlar: Xüsusilə yumurta və süd tərkibli kremlər isti havada təhlükəli mikroorqanizmlər üçün əlverişli mühit yaradır.

Dondurulub yenidən əridilən məhsullar: Bir dəfə əriyən qidanın yenidən dondurulması sağlamlıq üçün risk daşıyır.

Küçə şəraitində satılan açıq qidalar:Günəş altında saxlanılan dönər, şirniyyat, salat və digər açıq məhsullar gigiyenik baxımdan risklidir.

Kəsilmiş meyvələr: Uzun müddət açıq havada qaldıqda mikroblarla çirklənə və keyfiyyətini itirə bilər.

Mütəxəssislər isti günlərdə qidaların +5°C-dən aşağı temperaturda saxlanılmasını, bişmiş yeməklərin otaq temperaturunda 2 saatdan artıq qalmamasını, alış-veriş zamanı isə soyudulmuş məhsulların ən sonda alınmasını tövsiyə edirlər. Həmçinin son istifadə tarixinə və qablaşdırmanın vəziyyətinə diqqət yetirmək vacibdir.

Yay mövsümündə qida seçimi və saxlanma qaydalarına əməl etmək qida zəhərlənməsinin qarşısını almağın ən effektiv yollarından biridir. Sadə ehtiyat tədbirləri həm sağlamlığınızı, həm də ailənizin təhlükəsizliyini qorumağa kömək edəcək.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər