media-inshot_20260417_150138984

Bakının Binəqədi rayonunda dəhşətli ailə faciəsi baş verib.

Patrul.az “Oxu.az”a istinadən xəbər verir ki, hadisə bu gün Binəqədi rayonunun “Baksol yolu” adlanan ərazisində, İncəçay küçəsində yerləşən yaşayış evlərindən birində qeydə alınıb.

Bildirilir ki, hadisəni törədən şəxs keçmiş həyat yoldaşının yaşadığı evə gələrək onu xüsusi amansızlıqla qətlə yetirib. Onların iki övladı olub, lakin hadisə zamanı hər ikisi işdə olduğundan evdə olmayıb.

Məlumata görə, qətli törədən şəxs daha sonra evdə qazı açıb. Nəticədə partlayış baş verib və həmin şəxs də hadisə yerində ölüb.

Partlayış nəticəsində iki ev və bir avtomobil yanıb. Yaxınlıqdakı digər evlərdən birinin dam örtüyü və pəncərələri də yararsız hala düşüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, araşdırma aparılır.


Bənzər xəbərlər