media-ce770978-3a22-408a-931c-3c6a974e95ee

Avstriyada arxeoloqlar Roma İmperiyasına aid qala aşkar ediblər.

Patrulaz.az “Popular Mechanics”ə istinadən xəbər verir ki, arxeoloqlar Avstriyanın Dunay çayı sahilində illərdir sirli xarabalıqlar kimi tanınan ərazidə qədim Roma dövrünə aid körpübaşı qalasını üzə çıxarıblar.

Əvvəllər “Tənha qala” kimi tanınan və yerli dildə “Ödes Schloss” adlandırılan bu tikili, aparılan son arxeoloji qazıntılar nəticəsində Roma İmperiyasının mühüm hərbi və ticarət keçidi olduğu müəyyən edilib. Qala imperiyanın Baltik dənizindən başlayan və Kəhrəba Yolu kimi tanınan strateji ticarət marşrutu üzərində yerləşir.

Həmçinin arxeoloqlar tapıntılar zamanı XIV və XV Roma legionlarına aid möhürlü kərpiclər, tunc əşyalar, keramika və sikkələr də aşkar ediblər.

Qazıntılara rəhbərlik edən Carnuntum Arxeoloji Parkının elmi direktoru Eduard Polhammer bildirib ki, bu tapıntılar Roma hərbi sistemində Karnuntumun böyük strateji əhəmiyyətini sübut edir və şimal-cənub əlaqəsinin hərbi təhlükəsizliyinə dair yeni anlayışlar təqdim edir.

Qeyd edək ki, bu, Avstriyada indiyədək aşkar edilmiş ilk Roma körpübaşı qalasıdır.

Gülbəniz Səfərova


Bənzər xəbərlər