Ata, oğlunu vuran avtomobili yandırdı - VİDEO
Dağıstanda baş verən dəhşətli hadisə hər kəsi sarsıdıb. Sosial şəbəkələrdə yayılan görüntülərə baxmaq belə insanda dərin nifrət hissi yaradır. Bu vicdansızlığa layiq ifadə tapmaq çətindir.
Patrulaz.az-ın əldə etdiyi məlumata görə, hazırda həbsdə olan həmin yeniyetmələr velosiped sürən azyaşlı uşağın guya onların sözünü saymadığını bəhanə edərək ona qarşı zorakılıq tətbiq ediblər. Onlar avtomobilləri ilə uşağı sıxışdırmaqla kifayətlənməyib, onu vuraraq ciddi xəsarət yetiriblər. Aldığı zərbədən yerə yıxılan azyaşlının ağlama səsləri yaddaşlardan asanlıqla silinəcək kimi deyil. Bu anı görən hər bir valideyn və vicdanlı insan həmin uşağın çəkdiyi ağrını öz qəlbində hiss edir. Hadisədən sonra azyaşlının atası bu vəhşiliyi törədənlərin yerini müəyyən edərək onların avtomobilini yandırıb. Gənclər isə hüquq-mühafizə orqanları tərəfindən həbs edilib. Lakin sual yaranır: bu azyaşlı yaşadığı travmanı asanlıqla unuda biləcəkmi?
Bu gördüyümüz hadisə dünyada uşaqlara qarşı törədilən yüzlərlə, minlərlə vəhşilikdən sadəcə biridir. Təəssüf ki, görülən tədbirlər hələ də bu cür vəhşiliklərin qarşısını tam almağa kifayət etmir.