Avropada yoxsulluq üzrə lider ölkələr hansılardır?
Avropa İttifaqı ölkələrində yoxsulluq və sosial təcrid riski artmaqda davam edir.
Patrulaz.az “Eurostat”a istinadən xəbər verir ki, 2023-cü ildə Aİ əhalisinin 21 faizi, təxminən 93,3 milyon insan yoxsulluq və ya sosial təcrid riski ilə üzləşib. Bu göstərici Avropanın sosial rifah modelinə ciddi təzyiqin olduğunu ortaya qoyur.
Ən yüksək yoxsulluq göstəricisi Bolqarıstanda (30,3%), Rumıniyada (27,9%), Yunanıstanda (26,9%), İspaniyada (25,8%) və Litvada qeydə alınıb.
Ən aşağı göstəricilər isə Çexiyada (11,3%), Sloveniya (14,4%) və Hollandiyada (15,4%) müşahidə edilib.
Məsələ ilə bağlı sosial siyasət üzrə mütəxəssislər bildirir ki, Avropada inflyasiya və sosial yardım sistemlərindəki boşluqlar yoxsulluqla mübarizəni çətinləşdirir.
Qeyd edək ki, yoxsulluq səviyyəsi Almaniyada 21,1%, Fransada 20,5%, İtaliyada isə 23,1% təşkil edib. Bu da göstərir ki, problem yalnız Şərqi Avropaya deyil, Qərbi Avropaya da təsir edir.
Gülbəniz Səfərova






