Avtobusda oturacaq üstündə dava qanla bitdi
Rusiyanın Krivı Roq şəhərində avtobusda oturacaq üstündə başlayan mübahisə faciə ilə nəticələnib.
Patrulaz.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, insident zamanı sərnişinlərdən biri bıçaq çıxararaq digərinə ağır bədən xəsarətləri yetirib.
Hadisə yanaşı iki oturacaqda əyləşən sərnişinlər arasında “yer davası” səbəbindən baş verib.
Mübahisə qısa müddətdə davaya çevrilib və iştirakçılardan biri bıçaqla hücum edərək qarşı tərəfi ölümcül yaralayıb.
Hadisə nəticəsində sərnişin aldığı ağır xəsarətlərdən yerindəcə dünyasını dəyişib.






