media-img_0338

İzləyicimizin Patrulaz.az redaksiyasına göndərdiyi videogörüntülərdə 202 nömrəli müntəzəm avtobus xətti ilə hərəkət edən nəqliyyat vasitəsinin sürücüsünün yol boyu mobil telefondan istifadə etdiyi, həm danışdığı, həm də müxtəlif videolara baxdığı əks olunub.

Sükan arxasında belə hərəkətlər həm sürücü, həm də sərnişinlər üçün ciddi təhlükə yaradır. Qanunvericiliyə görə, nəqliyyat vasitəsini idarə edərkən mobil telefondan istifadə etmək qadağandır və bu cür hallara görə inzibati məsuliyyət nəzərdə tutulur.

Hadisə ilə bağlı aidiyyəti qurumların məsələyə diqqət yetirəcəklərinə ümid edirik.

 


Bənzər xəbərlər