media-6e0bca8a-6891-4679-93d1-cc2c6f3b1611

Paytaxtda ictimai nəqliyyatda qaydalara əməl olunmaması ilə bağlı növbəti xoşagəlməz hadisə qeydə alınıb.  Belə ki, 18 nömrəli marşrut xətti üzrə hərəkət edən “99-JP-012” dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü işıqforun qırmızı işığında sükanı tərk edərək aşağı enib.

Patrulaz.az-ın məlumatına görə, hadisə Sahil metrosunun girişi, Rossman mağazasının qarşısında baş verib. Şahidlərin bildirdiyinə görə, sürücü avtobusun içində sərnişinlər olmasına baxmayaraq, özünün rahatlığını pozmadan siqaretini çəkib. Yaşıl işığın yanmasına baxmayaraq,  siqaretini çəkib bitirərək yerə tullayıb, yanındakı avtomobilin sürücüsü ilə söhbətini tamamladıqdan sonra avtobusu laqeyd şəkildə idarə etməyə başlayıb.
Vətəndaşlar bildirir ki, sürücünün bu cür məsuliyyətsiz davranışı nəqliyyat axınına mənfi təsit edir və tıxac yaranmasına səbəb olur.
Aidiyyati qrumlar tərəfindən məsələyə müdaxilə edələcəyini, sürücü barədə tədbir görüləcəyini və ictimai nəqliyyatda qaydalara əməl olunmasına nəzarətin gücləndiriləcəyini ümid edirik.


Bənzər xəbərlər