media-ef98b783-f7ee-4093-842c-121a5419251c

NASA alimləri Ayda suyun əmələ gəlmə sirrini açmağa bir addım da yaxınlaşıb. Yeni laboratoriya təcrübəsi göstərir ki, günəş küləyi Ayın səthində su molekullarının yaranmasına səbəb ola bilər.

Patrulaz.az “Yahoo” ya istinadən xəbər verir ki, NASA-nın Goddard Kosmik Uçuş Mərkəzində aparılan simulyasiya təcrübəsində 1972-ci ildə Apollo 17 missiyası zamanı toplanmış Ay toz nümunələri istifadə olunub. Tədqiqatçılar bu nümunələri vakuum şəraitində, günəş hissəciklərinin təsirinə məruz qoyaraq 80.000 illik Ay təcrübəsini təkrarlayıblar. Nəticədə, su və hidroksil molekullarına işarə edən spektral siqnallar qeydə alınıb.

“Yalnız Ay torpağı və günəşdən gələn hidrogen varsa, bu kifayət edir ki, orada su əmələ gəlsin. Bu barədə düşünmək belə inanılmazdır”, – deyə tədqiqatın rəhbəri Li Hsia Yeo bildirib.

Qeyd edək ki, bu kəşf NASA-nın Ayın cənub qütbünə yönəlmiş “Artemida” missiyası üçün əhəmiyyətli rol oynayacaq. Çünki alimlər artıq günəş küləyinin Ayda davamlı su dövranı yarada biləcəyini düşünür və bu, gələcək kosmik missiyalarda resurs kimi istifadə oluna bilər.

Gülbəniz Səfərova


Bənzər xəbərlər