Azərbaycan bu ölkəyə 10 ədəd yanğınsöndürən maşın satmaqla 570 mindən çox qazanc əldə etdi
Azərbaycan Qırğızıstana 570 min manatlıq yanğınsöndürən maşın satıb.
Patrulaz.az xəbər verir ki, Azərbaycan bu ilin ilk dörd ayında Qırğızıstana ümumilikdə 10 ədəd yanğınsöndürən nəqliyyat vasitəsi ixrac edib.
Bu satışdan ölkəyə 335 min 490 ABŞ dolları (təxminən 570 min 333 manat) gəlir daxil olub. Beləliklə, bir avtomobilin orta satış dəyəri 33,549 dollar (yəni 57 min 33 manat) təşkil edib.
Rəsmi statistikaya əsasən, yanğınsöndürən texnikanın ixracı Azərbaycanın xüsusi təyinatlı nəqliyyat vasitələri istehsalında və ticarətində fəallığını göstərir.
Qeyd edək ki, Azərbaycan bu tip texnikanı son illər ərzində bir neçə Orta Asiya ölkəsinə satmaqla regiondaxili iqtisadi əməkdaşlığı gücləndirir.






