media-17839548094349230080_1200x630

Azərbaycan D-8-ə üzv olmasına çox önəm verir.

Patrul.az Report-a istinadən xəbər ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev D-8 Media Mükəmməllik Mərkəzinin strategiyasının təqdimat mərasimində deyib.

Onun sözlərinə görə, Azərbaycan bu qurumun tamhüquqlu üzvüdür:

“Azərbaycan D8-ə üzv olmasına çox önəm verir. Bütün D-8 ölkələrinin üzvlərinə bu təşəbbüsü dəstəklədikləri üçün təşəkkür edirəm. Bu gün Media Mükəmməllik Mərkəzi artıq tam olaraq fəaliyyətə başlayıb. Ümid edirik ki, D8 ölkələri Media Mükəmməllik Mərkəzindən fəal istifadə edəcəklər”.

O qeyd edib ki, Prezidentin rəhbərliyi altında Azərbaycanın bu təsisatı yaratmaq təşəbbüsünü və səylərini dəstəklədiklərinə görə bütün D-8 üzvü olan ölkələrə də minnətdarlığını bildirir:

​”Bu gün bütün üzv ölkələrin yekdil dəstəyi ilə D-8 Mükəmməllik Mərkəzinin tam fəaliyyətə başladığını söyləməkdən məmnunluq duyuram”.

O inandığını bildirib ki, D-8 Mükəmməllik Mərkəzi jurnalistlərin və media nümayəndələrinin, yəni üzv ölkələrin bütün digər ölkələrindən olan media təmsilçilərinin qarşılıqlı fəaliyyəti üçün bir platforma rolunu oynayacaq:

“Hesab edirik ki, media təlimləri, həmçinin media sahəsində əməkdaşlıq və media qurumlarımız arasında dəyərli qarşılıqlı fəaliyyət prioritetlər sırasında olacaq. Bununla yanaşı, dezinformasiya ilə mübarizə, süni intellekt alətlərinin mediaya tətbiqi və Mükəmməllik Mərkəzi tərəfindən təqdim edilmiş konsept sənədinə əsaslanan digər bəzi sahələr də bir çox başqa prioritetlər arasında yer alacaq”.


Bənzər xəbərlər