media-inshot_20251015_235953649

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Ulyanovsk vilayəti qubernatorunun müşaviri və Azərbaycan diasporunun rəhbəri İslam Hüseynovun Rusiya vətəndaşlığını ləğv edib.

Patrulaz.az xəbər verir ki, jurnalist Darya Kosarinova məlumatı teleqram kanalında yayıb. Bildirilir ki, Hüseynovun pasportu 14 oktyabrda FSB qərarı ilə etibarsız sayılıb və ona ölkəyə giriş qadağan olunub.

Qərarın səbəbləri barədə rəsmi açıqlama verilməyib. Qeyd edək ki, İslam Hüseynov 20 il əvvəl Ulyanovska köçərək vilayətdəki Azərbaycan Konqresinə rəhbərlik edib.


Bənzər xəbərlər