Azərbaycan G20 Dayanıqlı maliyyə işçi qrupunun iclasında iştirak edib
Azərbaycan Mərkəzi Bankı (AMB) Cənubi Afrikada keçirilmiş Böyük İyirmiliyin (G20) Dayanıqlı maliyyə işçi qrupunun iclasında iştirak edib.
Patrulaz.az AMB-yə istinadən xəbər verir ki, qurumun Maliyyə sektorunun dayanıqlı inkişafı departamentinin direktoru Rüstəm Tahirov, “Dayanıqlı maliyyə taksonomiyalarının qarşılıqlı əlaqəliliyi və müqayisəliliyinin inkişafına dair Yol Xəritəsi”nə və onun çərçivəsində keçirilmiş təşəbbüslərin icra statusuna dair məlumatları görüş iştirakçılarının diqqətinə çatdırıb.
AMB Yol Xəritəsinin icrası ilə bağlı katiblik funksiyasını həyata keçirir.