Azərbaycan-Slovakiya biznes forumunda turizm memorandumu imzalandı
Azərbaycan Turizm Bürosu ilə “Slovakia Travel” arasında əməkdaşlıq memorandumu imzalanıb.
Patrul.az xəbər verir ki, imzalanma mərasimi Bakıda keçirilən Azərbaycan-Slovakiya biznes forumunda baş tutub.
Sənədi Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədr müavini Teymur Süleymanzadə və “Slovakia Travel”in baş icraçı direktorunun müavini Martina Urik Viktorinova imzalayıb.






