İlham Əliyev və Peter Pelleqrini Şuşada güllələnmiş büstləri ziyarət etdilər
İyulun 14-də Azərbaycan Prezidenti İlham Əliyev və Slovakiya Prezidenti Peter Pelleqrini Şuşada Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar.
Patrul.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.







