media-img_20250918_150624_317

“Mən Azərbaycan və Avropa İttifaqı arasında əlaqələri yeni səviyyəyə yüksəltməyə can atıram”.

Patrulaz.az “APA”ya istinadən xəbər verir ki, bunu Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos Ağdamda jurnalistlərə açıqlamasında deyib.

“Ümid edirəm ki, bu gün maliyyə razılaşmasını imzalaya biləcəyəm. Hansı ki, bizə bu əraziyə (azad edilmiş ərazilər-red.), xüsusilə də səhiyyə sisteminə vəsait qoymağa imkan verəcək”, – Aİ komissarı qeyd edib.


Bənzər xəbərlər