Azərbaycan və Türkiyə hərbçiləri "Dağ komando" kursunda - FOTOLAR
Əlahiddə Ümumqoşun Ordusunun növbəti qrup hərbçisi Azərbaycan və Türkiyə arasında hərbi təhsil müqaviləsi çərçivəsində Dağ Komandosu kursu keçmək üçün Türkiyənin İsparta şəhərinə yola düşüb.
Patrulaz.az xəbər verir ki, Dağ Komando Komandanlığının Məktəb və Təlim Mərkəzində keçirilən məşğələlər zamanı şəxsi heyət müasir döyüş üsulları, yeni texnologiyalardan istifadə və istənilən şəraitdə təlimlər üzrə hazırlıq alır.
Kursun əsas məqsədi hərbçilərin döyüş vərdişlərini artırmaq və peşəkarlıqlarını daha da təkmilləşdirməkdir.







