Azərbaycan XİN-i Trampın Qəzza ilə bağlı planını alqışladı
“ABŞ Prezidenti Donald Tramp tərəfindən Qəzza münaqişəsinə son qoyulması ilə bağlı hərtərəfli planın elan edilməsini alqışlayırıq”.
Patrulaz.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.
“Davamlı və ədalətli sülh səmimi öhdəlik, qarşılıqlı etimad və beynəlxalq hüquqa hörmət tələb edir”, – paylaşımda bildirilib.
Bildirilib ki, məhbusların və girovların mübadiləsi, eləcə də əhalinin humanitar ehtiyaclarının qarşılanması uzunmüddətli sabitliyə və siyasi nizamlanmaya yol açmaq üçün vacib əhəmiyyət kəsb edir.
Xatırladaq ki, sentyabrın 29-da Ağ Evdə ABŞ Prezidenti Donald Trampla İsrailin baş naziri Benyamin Netanyahu arasında baş tutan birgə görüşdə Qəzzadakı münaqişənin həlli üçün 20 bənddən ibarət sülh planı təqdim edilib.






