media-inshot_20250605_120548155

Azərbaycanda süni intellekt  sistemlərinin təhlükəsiz və effektiv idarə olunması məqsədilə yeni dövlət standartları qəbul olunub.

Patrulaz.az xəbər verir ki, “Report”un məlumatına görə, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) AZS ISO/IEC 23894:2025, AZS ISO/IEC 23053:2025 və AZS ISO/IEC 24029-2:2025 standartlarını təsdiqləyib.

Yeni sənədlər süni intellekt sistemlərində risklərin idarə olunması, maşın öyrənməsi çərçivələrinin yaradılması və neyron şəbəkələrinin dayanıqlılığının qiymətləndirilməsi üzrə beynəlxalq təcrübəyə əsaslanan texniki qaydaları əhatə edir.

Qeyd edək ki, sözügedən standartlar “İnformasiya-kommunikasiya texnologiyaları” üzrə Texniki Komitədə (AZSTAND/TK 05) geniş müzakirələrdən sonra qəbul olunub və artıq Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Yeni standartların tətbiqi Prezident İlham Əliyevin 19 mart 2025-ci il tarixli sərəncamı ilə təsdiqlənmiş “2025–2028-ci illər üçün süni intellekt strategiyası”nın Tədbirlər Planının 8.1.5-ci yarımbəndinin icrası çərçivəsində həyata keçirilir.


Bənzər xəbərlər