media-inshot_20260430_104926625

Azərbaycan ərazisindən Ermənistana yük daşımaları davam edir.

Patrul.az xəbər verir ki, bu gün ölkə ərazisindən tranzit keçməklə Ermənistana növbəti taxıl və gübrə partiyasının göndərilməsinə başlanılıb.

Məlumata görə, yük qatarı “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola salınacaq. Tranzit daşınan bu yüklərin Ermənistanın kənd təsərrüfatı ehtiyaclarını qarşılamaq məqsədilə Rusiyadan gətirildiyi bildirilir.

Xatırladaq ki, Azərbaycanın öz ərazisini Ermənistan üçün tranzitə açmasından sonra bu, ilk belə hal deyil. Bundan əvvəl – aprelin 24-də Azərbaycan dəmir yolları vasitəsilə qonşu ölkəyə 350 ton Rusiya buğdası daşınmışdı.


Bənzər xəbərlər