media-1448373-1

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev bu gün Rusiya Xarici İşlər Nazirliyinin (XİN) binasını tərk edib.

Patrulaz.az “TASS” əsasən xəbər verir ki, Nazirlikdə təxminən bir saat ərzində olan diplomat binanı jurnalistlərə açıqlama vermədən tərk edib.

Xatırladaq ki, Rusiya XİN-i Bakıda “Sputnik Azərbaycan”da jurnalistlərin saxlanılması ilə əlaqədar Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev nazirliyə çağırmışdı.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) iyunun 30-da “Sputnik-Azərbaycan” agentliyinin ofisində keçirdiyi əməliyyat zamanı iki nəfər saxlanılıb. Onların Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin ( FTX) əməkdaşları olduğu bildirilib.


Bənzər xəbərlər