media-photo-output

“Azərsun Holdinq”un təşkilatçılığl ilə media nümayəndələri üçün “Qafqaz Konserv Zavodu”na mediatur keçirilib. Tur zamanı jurnalistlər “Bizim Tarla” kompotlarının istehsal prosesi ilə yaxından tanış olublar.

Patrul.az xəbər verir ki, media nümayəndələrini qarşılayan zavodun direktoru Famil Qeybullayev müəssisənin fəaliyyət istiqamətləri, istehsal gücü və məhsulların hazırlanmasının bütün mərhələləri barədə ətraflı məlumat verib. O bildirib ki, “Qafqaz Konserv Zavodu” yüksək keyfiyyətli məhsullar istehsal etməklə yanaşı, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına və regionun sosial-iqtisadi inkişafına da mühüm töhfə verir.

Direktor qeyd edib ki, zavodun əsas fəaliyyət istiqamətlərindən biri yerli fermer və bağ sahibləri ilə uzunmüddətli əməkdaşlığın qurulmasıdır. Bu əməkdaşlıq sayəsində meyvə istehsalçıları məhsullarını sabit və sərfəli qiymətlərlə realizə edirlər, həmçinin kənd təsərrüfatının inkişafı və yerli istehsalın dəstəklənməsi istiqamətində mühüm nəticələr əldə olunur.

Media tur çərçivəsində jurnalistlər zavodun istehsal sahələrini gəzərək məhsulların xammalın qəbulundan emalına, qablaşdırılmasından hazır məhsulun anbara göndərilməsinədək bütün istehsal mərhələlərini yaxından izləyiblər. Onlara istehsal prosesində tətbiq olunan müasir avadanlıqlar, keyfiyyətə nəzarət sistemi və qida təhlükəsizliyi standartları barədə ətraflı məlumat təqdim olunub.

media-b44f2b66-da2f-46b1-a713-5a7d257618c6 media-db4fe49a-9bf3-4c9b-9a65-e081581493af media-bac478fe-c44b-415d-9617-bc6057b38ce0 media-d9fbba76-3088-4310-bf1d-fa833297a944


Bənzər xəbərlər