media-whatsapp-image-2026-07-02-at-14-37-13

İnternetdə ucuz, vitrində isə baha satılan eyni məhsullar alıcılar arasında tez-tez suallar yaradır. Virtual və fiziki mağazalar arasındakı bu qiymət fərqi bir çox hallarda müştəriləri çaşbaş qoyur. İstehlakçılar çox vaxt bu fərqli qiymət siyasətinin hüquqi tərəflərini və hansı məqamda hüquqlarının pozulduğunu tam bilmirlər.
Eyni məhsula fərqli qiymət qoymaq qanunidir?

Patrul.az mövzu ilə bağlı AR Vəkillər Kollegiyasının üzvü Şəhram Şəmmədliyə müraciət edib.

O bildirib ki, eyni məhsulun internet mağazasında və fiziki satış məntəqəsində fərqli qiymətə təklif olunması, bir qayda olaraq, qanunvericiliyə zidd deyil:

media-whatsapp-image-2026-07-02-at-14-24-23

“Sahibkar müxtəlif satış kanalları üzrə fərqli qiymət siyasəti müəyyən edə bilər. Bununla belə, əsas tələb odur ki, qiymətlər istehlakçıya əvvəlcədən aydın, düzgün və şəffaf şəkildə təqdim edilsin. Əgər alıcı vitrində və ya internetdə göstərilən qiymətə güvənərək alış qərarı verir, lakin sonradan ona fərqli qiymət tətbiq olunur və ya bu barədə əvvəlcədən məlumatlandırılmırsa, həmin halda istehlakçının məlumat almaq hüququnun pozulması və istehlakçının aldadılması məsələsi yarana bilər”.“Yəni qiymət fərqinin özü deyil, istehlakçının yanlış məlumatlandırılması və ya çaşdırılması hüquqi məsuliyyət doğuran hal hesab olunur”,- deyə o əlavə edib.

Ləman Sərraf


Bənzər xəbərlər