media-inshot_20260227_101821692

Mərhum dünya şöhrətli, bolqar əsilli ekstrasens Baba Vanqanın vaxtıykən verdiyi  proqnozları yenidən gündəmə gəlib.

Patrul.az xarici KİV-ə istinadən xəbər verir ki, onun çoxsaylı iddiaları arasında II Dünya Müharibəsinin 2026-cı ildə başlayacağı ilə bağlı proqnoz da yer alır.

Hazırda isə dünyanın müxtəlif bölgələrində geosiyasi gərginliklərin artması bu iddiaların yenidən müzakirə olunmasına səbəb olub.

Belə ki, 2022-ci il fevralın 24-də başlayan və hələ də davam edən Rusiya-Ukrayna müharibəsi, ABŞ və İran arasında gərginliyin artması, eləcə də 2026-cı il fevralın 26-da Pakistan və Əfqanıstan arasında başlayan qarşıdurma bu ehtimalların müzakirəsini gücləndirən amillər kimi göstərilir. Bununla belə, hazırda qlobal miqyaslı müharibə başlamayıb.

Eyni zamanda dünyanın bir çox ölkəsi mümkün eskalasiyanın qarşısını almaq və sülhü qorumaq məqsədilə diplomatik fəaliyyətlərini davam etdirir.

Qeyd edək ki, Baba Vanqanın digər bir proqnozu 2020-ci illərin ortalarında qlobal güc balansını dəyişdirəcək böyük hadisə ilə bağlı idi. Həmin dövrdə genişmiqyaslı müharibə baş verməsə də, COVID-19 pandemiyasının bütün dünyaya yayılması beynəlxalq münasibətlərə və qlobal güc balansına ciddi təsir göstərdi.


Bənzər xəbərlər