Badamdar qəsəbəsində ağacların qanunsuz kəsilməsi ilə bağlı araşdırmalara başlanıldı
Xəbər verdiyimiz kimi, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri nəticəsində Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi Göyüş Qarayev küçəsində yaşıllıqların qanunsuz kəsilməsi ilə təbiətə 7800 manat məbləğində ziyan vurulub.
Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Məsələ barəsində Patrulaz.az-a Səbail Rayon Polis İdarəsindən bildirilib ki, ağac kəsilmə faktı üzrə araşdırma aparılır.






