Bakı istiqamətli təyyarə Moskvada qəza enişi etdi
Moskva-Bakı reysi ilə uçan “Aeroflot” şirkətinə məxsus təyyarə Şeremetyevo hava limanına qəza enişi edib.
Patrul.az xəbər verir ki, təyyarə səhər saat 8:00-da Bakıya yola düşüb, lakin mühərrikində nasazlıq yarandığı üçün Şeremetyevoya qayıdıb.
Təyyarə Moskva vaxtı ilə saat 12:10-da təhlükəsiz şəkildə yerə enib. (APA)






