Bakı Neftayırma Zavodunun Bakıdan kənara nə zaman köçürüləcəyinə aydınlıq gətirilib
Bakı Neftayırma Zavodunun Bakıdan kənara nə zaman köçürüləcəyinə aydınlıq gətirilib.
Patrulaz.az xəbər verir ki, bu barədə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində keçirilən “Enerji səmərəliliyi: nəticələr və gözləntilər” mövzusunda ictimai müzakirədə Nazirlər Kabinetinin Sənaye və energetika şöbəsinin müdiri Elşən Hacızadə məlumat verib.
Elşən Hacızadə deyib ki, bununla bağlı iki ssenari var: “Biri modernləşdirmə layihəsidir. Burada zavodun köçürülməsi, yoxsa ikinci faza istiqamətində inkişafı getməsi məsələsi var. Hər iki ssenariyə baxılır. Biz yeni zavod tikəcəyiksə, 2030-2031-ci ilə nəzərdə tutulur”.
Nazirlər Kabinetinin şöbə müdiri bildirib ki, zavodun 2030-cu ilə qədər köçürülməsi nəzərdə tutulur.






