media-518e8639-cdb8-48e4-a884-74774e380e61

Artıq bir neçə gündür ki, paytaxt Bakı şəhərində şaxtalı-qarlı hava şəraiti və intensiv qar yağması ilə əlaqədar Bakı Şəhər və paytaxt rayonlarının İcra Hakimiyyətləri, eyni zamanda qurumların kommunal xidmətləri  gücləndirilmiş iş rejimində çalışırlar.

Patrulaz.az xəbər verir ki, dünəndən etibarən intensiv yağan qarın təmizlənməsi ilə bağlı operativ tədbirlər həyata keçirilir. Bununla əlaqədar olaraq gecə və səhər saatlarında xidmətlərin xüsusi təyinatlı texnikası tərəfindən maili yerlərə, sürüşmə ehtimalı olan küçə və prospektlərə texniki duz səpilib və bu işlər gün ərzində davam etdirilir. Qardan təmizləmə işləri ətraf qəsəbələrdə də aparılır.

Səhər saatlarından  kommunal xidmətlərin əməkdaşları metro stansiyaları, avtobus dayanacaqları, piyada səkiləri, küçə boyunca ictimai-iaşə, təhsil, səhiyyə və digər müəssisələrin qarşısının təmizlənməsi, buz bağlamış yerlərə texniki duz səpilməsi və digər təmizlik işlərini həyata keçirillər.

media-4fe38636-d7e8-4ad3-abcd-8e3262b42aa4 media-518e8639-cdb8-48e4-a884-74774e380e61 media-cbe0d2a1-ec3a-4f44-816d-2d62acf632a1 media-5100136a-6f12-450e-8422-d259273f3312 media-94cce3f7-ecc5-4d5f-b151-a81f8c3a4f66 media-f93e21fa-bc89-420d-bc06-f5a323e17034 media-b68e02af-65d2-4966-91f8-a55ab8ba2b93

 


Bənzər xəbərlər