media-img_6077

Lerikdə qeyri-sabit hava şəraiti qar uçqununa səbəb olub.

Patrulaz.az xəbər verir ki, cənub bölgəsinə yağan güclü qar yollarda avtomobillərin hərəkətinə çətinlik yaradıb. Lənkəran-Lerik magistralı açıq olsa da, ucqar dağ kəndlərinə gedən yollarda problem qalmaqdadır.

Rayonun Lerik-Hamarat-Vijaker yolunda isə qar uçqunu baş verib, yaxın kəndlərə gediş-gəliş çətinləşib. Hazırda ərazidə təhlükəsizlik tədbirləri görülür.

Lerik fövqəladə hallar komissiyasının sədri Habil Məlikovun sözlərinə görə, yolun qardan təmizlənməsi işlərinə başlanılıb.

Bölgədə günəşli hava müşahidə edilir.


Bənzər xəbərlər