media-8f737ba8-5e11-47f0-aec4-6bb9729c5d57

Ötən gün verdiyimiz məlumatada, Bakı şəhərinin küçələrindən birində zibil qutularının qarşısında park edilən avtomobil barədə sakinlərin narahatlığını diqqətə çatdırmışdıq.  Xəbər verdiyimiz kimi “10-OO-512” dövlət qeydiyyat nişanlı, “Porsche” markalı avtomobilin sahibi “Baku School” təhsil müəssisəsində riyaziyyat müəllimi işləyən “Akhmedov Madzhit” adlı şəxs avtomobilini uzun müddət zibil konteynerlərinin qarşısında saxlayaraq vətəndaşlar üçün çətinlik yaratmışdı.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli Patrulaz.az-a açıqlamasında bildirib ki, sözügedən avtomobilin sahibi barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

media-a20e5890-e747-4a9a-9dd6-ca220f7a3fa9 media-5d808a79-6cc6-4a31-acf3-89a36819d534


Bənzər xəbərlər