Sumqayıtda 20 yaşlı oğlan bıçaqlanıb
Sumqayıtda 20 yaşlı oğlanı bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli Patrulaz.az-a bildirib ki, Sumqayıt şəhərində 20 yaşlı X.Məmmədova kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub. Əməli törətməkdə şübhəli bilinən 24 yaşlı M.Hüseynli polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.