media-3e550f7f-3bff-49c0-95d6-06783013c0bb

“Super Toys” mağazasından alınan 1649 manat dəyərində elektron velosipeddə nasazlıq yaranıb.

Patrulaz.az-a şikayətini bildirən vətəndaşın sözlərinə görə, alış zamanı mağaza ehtiyyat hissələrinin mövcud olduğunu desə də, indi həmin hissələri tapmaq mümkün deyil. Nəticədə, alıcı lazımi ehtiyat hissələrini xaricdən sifariş etməyə məcbur qalır ki, bu da həm əlavə xərc, həm də uzun gözləmə müddəti yaradır. Müştəri problemi ilə bağlı mağaza rəhbərliyinin məsələni həll etməsini tələb edir.
Vətəndaşlar bu cür hallarla qarşılaşmamaq üçün alış-veriş etməzdən əvvəl mağazaların zəmanət və texniki dəstək imkanlarını diqqətlə araşdırmalıdırlar.


Bənzər xəbərlər