Bu kimi halların qarşısını almaq üçün qəzalı vəziyyətdə olan ağacların vaxtında budanması vacibdir - VİDEO
Ötən gün “Həzi Aslanov” ərazisində güclü qar və külək səbəbindən bir ağac aşaraq park edilmiş avtomobillərin üzərinə düşüb. Hadisə nəticəsində bir neçə nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Patrulaz.az-ın əldə etdiyi məlumata görə, ağacın yaşlı və yararsız vəziyyətdə olması aşmasına səbəb olub. Ağacın kötük hissəsi də başqa bir avtomobilin altına ilişib və çıxarılması çətinlik yaradıb. Hadisə yerinə müvafiq qurumların cəlb olunub-olunmaması ilə bağlı dəqiq məlumat yoxdur.
Bu kimi halların qarşısını almaq üçün qəzalı vəziyyətdə olan ağacların vaxtında budanması vacibdir. Sürücülərə isə avtomobillərini təhlükəsiz yerlərdə park etmələri tövsiyə olunur.