Zelenski Ağ Evə gedir!
ABŞ prezidenti Donald Tramp bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenskiy bu həftə və ya gələn həftə qiymətli metallar sazişini imzalamaq üçün Ağ Evə gələcək.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp Rusiya-Ukrayna müharibəsini sona çatdırmaq üçün həm Rusiya, həm də Ukrayna tərəfləri ilə danışıqların davam etdiyini və Kiyev administrasiyası ilə qiymətli metallar üzrə razılaşmanın sona çatdığını qeyd edib: “Prezident Zelenski ilə görüşəcəm. Əslində, o, müqaviləni imzalamaq üçün bu həftə və ya gələn həftə gələ bilər. Hazırda saziş üzərində iş gedir. Biz yekun razılaşmaya çox yaxınıq”- deyə, Tramp bildirib.
Tramp açıqlamalarından istifadə edərək, sözügedən razılaşmanın həm ABŞ, həm də Ukrayna iqtisadiyyatına əhəmiyyətli töhfələr verəcəyini də vurğulayıb.