media-26179b0e-6e54-45c0-8c20-04e1101b16b3

Zığ qəsəbəsi sakinləri yolların işıqlandırılmamasından ciddi narazılıq edirlər. Onların sözlərinə görə, qəsəbə boyu, hətta məktəb önündə belə işıq dirəkləri olsa da, gecələr işıqlar yanmır. Bu isə axşam saatlarında yolların qaranlığa qərq olmasına və qəza riskinin artmasına səbəb olur.

Sakinlər Patrulaz.az-a bildiriblər ki, işıqlandırmanın olmaması səbəbindən piyadalar üçün təhlükə yaranır, sürücülər yol şəraitini çətinliklə görür və bu vəziyyət tez-tez yol-nəqliyyat hadisələri ilə nəticələnir.
Məsələ ilə bağlı aidiyyati qurumların təcili tədbir görməsi və Zığ qəsəbəsində yol işıqlandırmasının bərpası üçün işlərin aparılması vacibdir. Vətəndaşlar təhlükəsizliyin təmin olunması üçün işıqların yenidən işlək vəziyyətə gətirilməsini xahiş edirlər.


Bənzər xəbərlər