İspaniya Ukraynaya 1 milyard avroluq yeni hərbi yardım paketi vəd edir
İspaniyanın baş naziri Pedro Sançes Ukraynanın paytaxtı Kiyevdə Rusiya-Ukrayna müharibəsinin başlanmasının 3-cü ildönümü ilə əlaqədar keçirilən və müxtəlif ölkələrin liderlərinin qatıldığı “Ukraynaya dəstək” adlı sessiyada çıxış edib.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, İspaniyanın Ukraynanın tam suverenliyinə dəstəyini təkrarlayan Sançez, Ukraynanın gələcəyinə yalnız Ukraynanın qərar verə biləcəyini vurğulayıb.
ABŞ və Rusiya arasında aparılan danışıqlar nəticəsində müharibənin bitməsi ehtimalının yalnız atəşkəs demək ola biləcəyini qeyd edən İspaniyanın baş naziri İspaniyanın 2025-ci ildə Ukraynaya 1 milyard avroluq hərbi yardım edəcəyini açıqlayıb.
Sançes hökumətinin Ukraynanın AB-yə daxil olmaq istəyini dəstəkləyəcəyini də ifadə edərək, ukraynalıların ümidinin Avropadadır, avropalıların da ümidinin Ukraynada olduğunu qeyd edib.