ABŞ-dan diqqətçəkən “yox” səsi
BMT Baş Assambleyası Rusiya qoşunlarının Ukraynadan dərhal çıxarılmasını tələb edən qətnamə layihəsini 18 əleyhinə 93 səslə qəbul edərkən, ABŞ “yox” səsi verib.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya təyyarələri Ukraynanın Derqaçivska vilayətində cəbhə xəttində yerləşən yaşayış məntəqəsinə hava hücumu həyata keçirib. Hücumdan zərər çəkən Tsupivka kəndində yaşayış sahələrinə ziyan dəyib. Bombaların vurduğu iki evdə yanğın baş verib, ən azı 4 nəfərin yaralandığı bildirilib.
Ukrayna prezidenti Zelenski sülh üçün lazım gələrsə, vəzifəsini tərk edə biləcəyini, lakin ABŞ-a prezident Trampın müdafiə etdiyi məbləğdə borclarının olmadığını deyib. Zelenski açıqlamasında Ukraynanın NATO üzvlüyü müqabilində prezidentlikdən istefa verməyə hazır olduğunu bildirib.